Gizlilik siyasəti
Son yenilənmə: 4 noyabr 2026
Bu siyasət BlackArmy Games tərəfindən hazırlanan Black Domino oyununun (sayt, Android və iOS tətbiqləri — birlikdə “Oyun”) hansı məlumatları topladığını, onlardan necə istifadə etdiyini və sizin hüquqlarınızı izah edir. Oyundan istifadə etməklə bu siyasəti qəbul etmiş olursunuz.
1. Topladığımız məlumatlar
- Hesab məlumatları: ad (ləqəb), e-poçt ünvanı, şifrənin qorunmuş (şifrələnmiş) forması, Google ilə girişdə Google hesabınızın e-poçtu və adı. Qonaq kimi oynayanda e-poçt toplanmır.
- Profil: seçdiyiniz profil şəkli, bayraq/ölkə, çərçivə və digər görünüşlər.
- Oyun məlumatları: oyunlar, nəticələr, reytinq, coin və bilet balansı, alınan əşyalar, tapşırıqlar, turnir və klan iştirakı, dostlar siyahısı.
- Yazışmalar: klan söhbətində, dəstək müraciətlərində və şikayətlərdə yazdığınız mətnlər.
- Texniki məlumatlar: cihaz identifikatoru (oyun tərəfindən yaradılan təsadüfi kod), IP ünvanı, saat qurşağı, dil, brauzer/tətbiq versiyası, giriş vaxtları. Bunlar hesabın təhlükəsizliyi, saxtakarlığın qarşısının alınması və oyunun düzgün işləməsi üçün istifadə olunur.
- Ödənişlər: alış Google Play, App Store və ya ödəniş tərəfdaşımız vasitəsilə edilir. Kart məlumatlarınızı biz görmürük və saxlamırıq; yalnız alışın təsdiqini (məhsul, məbləğ, tarix) alırıq.
- Reklam: tətbiqdə reklam göstərilərsə, reklam tərəfdaşı (məs. Google AdMob) qanunun icazə verdiyi hallarda cihazın reklam identifikatorundan istifadə edə bilər. Tələb olunan ölkələrdə əvvəlcə razılığınız soruşulur.
2. Məlumatlardan necə istifadə edirik
- Hesabınızı yaratmaq və oyuna girişi təmin etmək;
- Onlayn oyunları, reytinqi, turnirləri, klanları və dostluq funksiyalarını işlətmək;
- Alışları təsdiqləmək və əşyaları hesabınıza vermək;
- Ədalətli oyunu qorumaq: saxtakarlıq, çoxlu hesab, hiylə və sui-istifadəni aşkar etmək;
- Dəstək müraciətlərinə cavab vermək, şifrə bərpası kimi xidmət məktubları göndərmək;
- Bildiriş göndərmək (yalnız icazə vermisinizsə);
- Oyunu təkmilləşdirmək üçün ümumi (anonim) statistika.
3. Kimlərlə paylaşırıq
Məlumatlarınızı satmırıq. Yalnız Oyunun işləməsi üçün lazım olan xidmət təminatçıları ilə paylaşırıq:
- Hostinq və server xidməti (məlumatlar ABŞ-dakı serverlərdə saxlanıla bilər);
- Cloudflare — saytın sürəti və hücumlardan qorunması;
- Google (Google ilə giriş, Google Play, AdMob) və Apple (App Store) — müvafiq funksiyaları istifadə etdiyiniz halda;
- Ödəniş tərəfdaşları — alış etdiyiniz halda;
- Qanunun tələb etdiyi hallarda dövlət orqanları.
Digər oyunçular sizin adınızı, profil şəklinizi, bayrağınızı, reytinqinizi və oyun nəticələrinizi görə bilər. E-poçt ünvanınız digər oyunçulara göstərilmir.
4. Saxlama müddəti
Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır. Hesabı silsəniz, şəxsi məlumatlarınız 30 gün ərzində silinir və ya anonimləşdirilir. Saxtakarlığın qarşısını almaq və maliyyə uçotu üçün əməliyyat qeydləri qanunun tələb etdiyi müddətdə saxlanıla bilər.
5. Sizin hüquqlarınız
- Məlumatlarınıza baxmaq və onların surətini istəmək;
- Səhv məlumatları düzəltmək (ad, şəkil, bayraq profildən dəyişir);
- Hesabı silmək — Profil → “Hesabı sil” və ya bizə yazaraq;
- Bildirişlərdən və reklam fərdiləşdirməsindən imtina etmək.
Bu hüquqlardan istifadə üçün [email protected] ünvanına yazın.
Hesabın silinməsi
Black Domino oyununda hesabınızı istənilən vaxt özünüz silə bilərsiniz — tətbiqdə (Android, iOS) və ya brauzerdə domino.blackarmy.app saytında:
- Oyunu açın və hesabınıza daxil olun.
- Profil → “Hesabı sil” düyməsinə toxunun.
- Silməyi şifrənizlə və ya e-poçtunuza göndərilən təsdiq kodu ilə təsdiqləyin.
Sorğu qeydə alınır və administratora görünür. Hesab dərhal bağlanır və oyunda görünmür. 30 gün ərzində e-poçtdakı bərpa linki ilə və ya bizə yazaraq hesabı geri qaytara bilərsiniz; 30 gündən sonra hesab birdəfəlik silinir. E-poçtu olmayan qonaq hesabı dərhal silinir.
Silinənlər: ad, e-poçt, profil şəkli və bayraq, giriş məlumatları, dostlar, mesajlar, statistika və oyun tarixçəsi, coin, bilet və əşyalar. Saxlananlar: alış qeydləri (sifariş nömrəsi, məbləğ, tarix) — vergi və uçot qanunlarının tələb etdiyi müddətdə, şəxsi məlumatlardan ayrı.
Hesabınıza daxil ola bilmirsinizsə, qeydiyyatda istifadə etdiyiniz e-poçtdan [email protected] ünvanına “Hesabı sil” mövzusu ilə yazın — sorğunu 30 gün ərzində icra edirik.
6. Uşaqlar
Oyun 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və biz bilərəkdən onlardan məlumat toplamırıq. 18 yaşdan kiçik istifadəçilər alış etməzdən əvvəl valideyn və ya qəyyumun icazəsini almalıdır.
7. Yerli yaddaş
Sayt və tətbiq girişinizi, dil seçiminizi və ayarlarınızı cihazın yerli yaddaşında saxlayır. Bunlar reklam izləmə kukiləri deyil; brauzerin ayarlarından silinə bilər (bu zaman yenidən daxil olmalı olacaqsınız).
8. Təhlükəsizlik
Bağlantı şifrələnir (HTTPS), şifrələr açıq şəkildə saxlanmır, server və bazaya giriş məhduddur. Heç bir sistem tam təhlükəsiz deyil, ona görə şifrənizi heç kimlə paylaşmayın.
9. Dəyişikliklər
Bu siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər oyunda elan olunur; yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.
Əlaqə
BlackArmy Games — [email protected] · domino.blackarmy.app